Zimmi

Zimmi – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Məngük kəndinin yaxınlığında, Zığındərə bölgəsində, Yağan dağının ətəyində yerləşirdi. 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə “Zimmi Vedisi” formasında qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 184 nəfər, 1886-cı ildə 231 nəfər, 1897-ci ildə 322 nəfər, 1904-cü ildə 259 nəfər, 1914-cü ildə 285 nəfər, 1916-cı ildə 216 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən didərgin salınmışlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılardan sağ qalanları kəndlərinə qayıda bilmişdilər. 1922-ci ildə 24 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir.