Zal xan məscidi

İrəvan şəhərinin qədim hissələrindən biri olan Şəhər bölməsində yerləşən məşhur məscidlərdən biri də Zal xan məscidi idi. Henri Linçə görə, məscidin üzərində ərəb qrafikası ilə Azərbaycan türkcəsində olmaqla məscidin 1687-ci ildə tikildiyi qeyd olunmuşdur. Buradan anlaşılır ki, İrəvanın Qala və Təpəbaşı massivləri arasında yerləşən məscid 1679-cu il zəlzələsindən sonra inşa olunmuşdur.

Xarici görünüşünə görə Göy məscidə bənzəyən Zal xan məscidinin həyəti və bağçası olmuşdur. 1928-ci ildə məscidin böyük zalı dağıdılmış və yerində “Erivan” hoteli tikilmişdir. 1999-cu ildə rekonstruksiya işləri aparıldıqdan sonra bu yer “Golden Tulip Hotel Yerevan” adlanmışdır. Məscidin ikimərtəbəli binası isə sərgi salonu kimi istifadə edilmişdir.

Mənbə:
Nazim Mustafa, İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri (Bakı, 2016)
Nazim Mustafa, İrəvan şəhəri (Bakı, 2020)
Шопен И. И.
, Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Российской империи (СПб., 1852)
Гаспарян М. А.
, Планировочная структура Еревана 19 – начала 20 вв. / Национальное своеобразие зодчества народов СССР (Москва, 1979)
Арутюнян В., Асратян М., Меликян А.
, Ереван (Москва, 1968)