Zağabaşı

Zağabaşı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırkı Kotayk vilayəti ərazisində mövcud olmuş yaşayış məntəqəsi.

Burada 1897-ci ildə 7 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində azərbaycanlılar erməni daşnak birləşmələri tərəfindən qovulmuş və yaşayış məntəqəsi ləğv edilmişdir.

Toponim Azərbaycan dilində “mağara, kaha” mənasında işlənən “zağa” sözü ilə, “zirvə, başlanğıc, əsas” mənasında işlənən “baş” sözünün birləşməsindən əmələ gəlmişdir.