Zərrab xan karvansarası

Zərrab xan (Zalxana, Sərrafxana) karvansarası Göy məscid kompleksinin bir hissəsi olmuşdur. 8 girişi olan almaz formalı qapalı həyəti var idi. Kompleks XVII əsrin ikinci yarısında tikilmiş, təxminən 1675–1680-ci illərdə tamamlanmışdır. Abidə əvvəlcə zərbxana kimi istifadə edilmiş, lakin sonradan tacirlərin istifadəsinə verilmişdir. Karvansarada 38 dükan olmuşdur.

Zərrab xan karvansarası 1920-ci illərdə dağıdılmışdır.

Mənbə:
Թ. Խ. Հակոբյան, Երևանի պատմությունը (1801-1879 թթ.), էջ 97-99.