Yuxarı Qaraqala – keçmiş Tiflis quberniyasının Lori-Pəmbək qəzasında, sonralar keçmiş Vorontsovka (Kalinino) rayonunun, hazırkı Lori vilayətinin ərazisində mövcud olmuş kənd. 1930-cu illərdə rayondakı Aşağı Qaraqala kəndi ilə birləşdirildikdən sonra yaşayış məntəqələri siyahısından çıxarılmışdır. Birləşdirilən kəndlər Qaraqala kəndi kimi rəsmi sənədlərdə qeyd edilirdi. 1937-ci ilə kimi keçmiş Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur.
Burada 1886-cı ildə 183 nəfər, 1897-ci ildə 273 nəfər, 1908-ci ildə 205 nəfər, 1922-ci ildə 154 nəfər, 1926-cı ildə 146 nəfər, 1931-ci ildə 175 nəfər azərbaycanlı yaşamışdır.
Toponim fərqləndirici əlamət bildirən “yuxarı” sözü ilə rəng mənasında işlənən “qara” və “qala” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Kəndin adı ərazidəki qara daşdan tikilən qala adından götürülmüşdür.