Yuxarı Qaraburun

Yuxarı Qaraburun – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1897-ci ildə 208 nəfər, 1914-cü ildə 78 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən didərgin salınmışlar. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim fərqləndirici əlamət bildirən “yuxarı”sözündən və qədim türk dilində “böyük” mənasında işlənən “qara” sözü ilə “irəliyə çıxan və ya suya doğru uzanan quru”, “dağlıq”, “çıxıntı” mənasında işlənən “burun” sözünün birləşməsindən əmələ gəlmişdir. Toponimlərin tərkibində “burun” sözü “qurunun, dağın və ya qayanın sivri bucaq şəklində düzünə tərəf uzanmış hissə” mənasını bildirir.