Yuxarı Çarbax

Yuxarı Çarbax – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Kəndin başqa adı “Çaharbağ”dır. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 31 nəfər, 1873-cü ildə 201 nəfər, 1886-cı ildə 241 nəfər, 1897-ci ildə 242 nəfər, 1904-cü ildə 347 nəfər, 1914-cü ildə isə 386 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya olunmuş, bura İran və Türkiyədən ermənilər köçürülərək yerləşdirilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlı əhali öz kəndlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 177 nəfər, 1926-cı ildə 201 nəfər, 1931-ci ildə isə 264 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən 1948-ci ildə azərbaycanlılar Azərbaycana köçürülmüşlər.

Toponim fərqləndirici əlamət bildirən “yuxarı” sözü ilə türk dilində “yarğan, sıldırım sahil” mənasında işlənən “çar” və “bağ” sözlərinin birləşməsindən əmələ gəlmişdir.

Yuxarı Çarbax və Aşağı Çarbax kəndləri Çarbax kəndi adı altında birləşdirildikdən sonra 1933-cü ildə İrəvan şəhərinin Şenqavit rayonun tərkibinə qatılmışdır.

Yerləşdiyi koordinatlar: 40°08′ şm. e. 44°29′ ş. u.