Yuxarı Ağdan

Yuxarı Ağdan – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Karvansara (İcevan) rayonunda, hazırda isə Tavuş vilayəti ərazisində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 5 km cənub-şərqdə, Ağdan çayının sahilində, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.

Toponim fərqləndirici əlamət bildirən “yuxarı” sözündən və “kiçik, alçaq, çox da hündür olmayan” mənasında işlənən “ağ” və “çöl, səhra, açıq yer” mənasında işlənən “dan” sözlərinin birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 may 1967-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib “Ağdan”, 25 yanvar 1978-ci il tarixli fərman ilə yenidən dəyişdirilərək “Qandzakar” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°50′ şm. e., 45°09′ ş. u.