Yuxarı Əylənli

Yuxarı Əylənli – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 21 km şimal-şərqdə, Alagöz dağının cənub-qərbində, dəniz səviyyəsindən 875 m hündürlükdə yerləşir. Kəndin başqa adı Əylənli-Əbdülrəhman olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən İran və Türkiyədən ermənilər köçürülüb kənddə məskunlaşdırılmışlar. Burada ermənilərlə yanaşı, 1831-ci ildə 50 nəfər azərbaycanlı yaşamışdır. 1840-cı illərdə azərbaycanlılar tərəfindən sıxışdırılıb kənddən qovulmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim fərqləndirici əlamət bildirən “yuxarı”sözü ilə əylənli türk tayfasının adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Tsaxkunk” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°08′ şm. e.. 44°14′ ş. u.