Yolayrıcı

Yolayrıcı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş qışlaq. Gölkənd (Ayqut) kəndinin yaxınlığında yerləşmişdir.

1926-cı ildə burada 4 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin 30-cu illərində ləğv edilmişdir.

Toponim Azərbaycan dilində işlənən “yol” və “ayrıcı” sözlərinin birləşməsindən əmələ gəlmişdir.