Yoğunsu

Yoğunsu – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayəti ərazisində çay. Ələyəz kəndinin ərazisindən axır.

Hidronim “çoxlu, bol sulu” mənasında işlənən “yoğun” sözü ilə qədim türk dilində “çay” mənasında işlənən “su” sözündən yaranmışdır.