Yeməzli

Yeməzli – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 10 km şərqdə, Xalac çayının sol sahilində yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 27 nəfər, 1873-cü ildə 278 nəfər, 1886-cı ildə 244 nəfər, 1897-ci ildə 110 nəfər, 1904-cü ildə 130 nəfər, 1914-cü ildə 89 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kəndin sağ qalan sakinləri öz yurdlarına dönə bilmişlər. Burada 1922-ci ildə 45 nəfər, 1926-cı ildə 46 nəfər, 1931-ci ildə isə 54 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərin sonunda kənd ləğv edilmişdir.

Toponim yeməzli tayfa adı əsasında əmələ gəlmişdir.