Yelliyurd

Yelliyurd – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasının, sonralar keçmiş Hamamlı (Spitak) rayonunun, hazırkı Lori vilayətinin ərazisində yaylaq. Qursalı (Arcahovit) kəndinin ərazisində yerləşmişdir.

Toponim “küləkli, küləktutan yer” mənasında işlənən “yelli” sözü ilə “yaşayış yeri” mənasında işlənən “yurd” sözünün birləşməsindən əmələ gəlmişdir.