Yellicə

Yellicə – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Abovyan) rayonunun, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Erməni mənbələrində “Yelicə” formasında qeyd edilir.

Burada 1897-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvəllərində azərbaycanlılar doğma yurdlarından qovulmuşlar. Kənd 1925-ci ildə ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “küləkli olan, külək tutan yer” mənasında işlənən “yelli” sözü ilə, çoxaltma dərəcəsinin əlamətini bildirən “-cə” şəkilçisinin birləşməsindən əmələ gəlmişdir.