Yellicə

Yellicə – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, indi Sünik vilayəti ərazisində dağ. Ağudi (Aquti) kəndində yerləşir..

Toponim “küləkli, külək döyən yer” mənasında işlənən “yelli” sözünə sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən “-cə” şəkilçisinin artırılması ilə əmələ gəlmişdir.