Yeldağı

Yeldağı – keçmiş Tiflis quberniyasının Borçalı qəzasının, sonralar keçmiş Barana (Noyemberyan) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. Yeldağı dağının ətəyində yerləşirdi.

1926-cı ildə burada 7 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə ləğv edilmişdir.

Toponim Azərbaycan dilində “külək” mənasında işlənən “yel” sözü ilə “yerin hündür, dik yamaclı və zirvəli hissəsi”, “yaylaq, dağüstü düzənlik” mənasında işlənən “dağ” sözünün birləşməsindən əmələ gəlmişdir.