Yelaxlı Mehdi Kəndi

Yelaxlı Mehdi Kəndi – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Zeyvə kəndinin yaxınlığında yerləşirdi.

1897-ci ildə burada 164 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır.

Toponim üç komponentdən ibarətdir. Birinci komponenti olan “yelaxlı”, dialekt və şivələrdə “çuxur”, “çökək yer” mənasında işlənən “yalax” sözünə qoşulan “-lı” şəkilçisindən düzəlmişdir. İkinci komponenti Mehdi şəxs adını bildirir.

Toponim “çökəklik yerdə Mehdinin saldığı kənd” mənasını bildirir.