Yavərkənd – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Keşişkənd yaşayış məntəqəsindən 18 km şimal-şərqdə, Ağkəndin yaxınlığında yerləşirdi.
1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumunda məruz qalmış və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən didərgin salınmışlar. Burada 1922-ci ildə 2 nəfər azərbaycanlı yaşamışdır. 1924–1925-ci illərdə kənd ləğv edilmişdir. Hazırda xaraba kənddir.
Toponim Azərbaycan dilində “yuxarı rütbəli zabitlərin yaxınlığında xidməti tapşırıqları və ya qərargah işlərini yerinə yetirən kiçik rütbəli hərbi vəzifəli şəxs” mənasında işlənən “yavər” sözü ilə kənd coğrafi nomeni əsasında əmələ gəlmişdir.