Yapalaxlı

Yapalaxlı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş qışlaq. Gölkənd (Ayqut) kəndinin yaxınlığında yerləşmişdir.

1926-cı ildə burada 23 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin 30-cu illərində ləğv edilmişdir.

Toponim nəsil adı əsasında yaranmışdır.