Yağdan

Yağdan – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Cəlaloğlu (Stepanavan) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 37 km şimal-qərbdə, dəniz səviyyəsindən 1350 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamışlar. 1818–1821-ci illərdə Türkiyədən köçürülən yunanlar kənddə yerləşdirilmişlər. Bundan sonra azərbaycanlılar tədricən kəndi tərk etmişlər.

Toponim türk dilində “yurd, el” mənasında işlənən “yaq” sözünə türk dilində “təpə” mənasını bildirən “don” (→dan) sözünün birləşməsindən əmələ gəlib “təpədə olan el, yurd” mənasını bildirir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°30′ şm. e., 44°30′ ş. u.