“Vedi rayonun Şirazlı kəndində anadan olmuşam. 1968-cil ailəliklə Xaçmaz rayonunun Müşkül (Pavlovka) kəndinə köç etmişik. Biz erməni zorakılığına və şovinist siyasətə görə ata-baba torpaqlarımızı tərk etmişik. Azərbaycanlılara təhsil verilmirdi, vəzifə sahibi olmağa icazə verilmirdi, təhqir edilirdik və fiziki zorakılığa məruz qalırdıq. Vedini tərk edən zaman mal-mülkümüzü götürüb, iki vaqonda Xaçmaz rayonuna yola düşmüşük.”