Xartlıq – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Qaranlıq kəndinin yaxınlığında, Qaranlıq çayının yaxınlığında, Şalıbulaq dağının ətəyində yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1873-cü ildə 144 nəfər, 1886-cı ildə 162 nəfər, 1897-ci ildə 190 nəfər, 1914-cü ildə 282 nəfər, 1916-cı ildə 269 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kənddən qovulmuşlar. 1930-cu ildə kənd xarabalığa çevrilmişdir. Hazırda xarabalıqdır.
Toponim qədim türk dilində “uca, hündür, yaşlı, qoca” mənasında işlənən “qart” sözünə “-lıq” şəkilçisinin artırılması ilə əmələ gəlmişdir.