Xaratgah – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Dilican rayonunun, hazırkı Lori vilayətinin ərazisində mövcud olmuş qışlaq. Polad Ayrım (Xaçardzap) kəndinin yaxınlığında yerləşmişdir.
1897-ci ildə burada 19 nəfər azərbaycanlı yaşamışdır. 1908-ci ildə ləğv edilmişdir.
Toponim “xaratlı” (toponimdə “-lı” şəkilçisi düşüb) türk tayfa adına “qayalıqda, dağda təbii və ya süni oyuq, mağara” mənasında işlənən “gah” (kaha) sözünün birləşməsindən əmələ gəlib, “xarat tayfasının yaşadığı kaha yanında qışlaq” mənasını bildirir.