Xanolan

Xanolan – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. 1930-cu ildə ləğv edilmişdir.

Toponim dilimizdə “varlı, ağa, mülk sahibi” mənasında işlənən “xan” sözü ilə Azərbaycan dilində “yaşayış yeri, məskən” anlayışını verən “olan” (“olacaq” mənasında) sözünün birləşməsindən əmələ gəlib, “xanın olduğu yer” mənasını ifadə edir.