Xanımyurdu

Xanımyurdu – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. 1930-cu ildə ləğv edilmişdir.

Toponim “Xanım” şəxs adı ilə “yaşayış yeri, məskən” mənasında işlənən “yurd” sözünün birləşməsindən əmələ gəlib, “xanımın yaşadığı yer, məskən” mənasını bildirir.