Xan evi

Keçmiş Pənah xan, daha sonra isə Əzizbəyov adlanan küçənin sonunda irəvanlılar arasında “Xan evi” adlandırılan açıq-aydın İslam memarlığına aid tikili mövcuddur. Qasparyan onun Dəmirbulaq məhəlləsindəki yaşayış evi olmasını qeyd edirdi, lakin binanın memarlıq xüsusiyyətləri onun mədrəsə, müsəlman ruhani məktəbi ola biləcəyini ehtimal etməyə imkan verir.

Sovet hakimiyyətinin ilk illərində bu binada türk qadın klubu fəaliyyət göstərmişdir. Bir müddət “Müsəlman Qadınlar Klubu” adlanan bu mədəniyyət mərkəzi sonralar Klara Setkinin adını daşıyan klub kimi fəaliyyət göstərirdi. Sonradan bina bu günə qədər olduğu kimi yaşayış evinə çevrilmişdir. Binanın kərpic divarının giriş hissəsi dağıdılmışdır.

Mənbə:
Rəhimli İ.
, İrəvan Dövlət Azərbaycan Teatrı: 1882–1927-ci illərdə”, 525-ci qəzet, 1 mart 2017.
Məmmədov İ.
, İrəvan dəftəri III (Bakı, 2009)