Uzundərə

Uzundərə – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində dərə. Toxluca (Draxtik) kəndinin şərqində yerləşir.

Toponim Azərbaycan dilində “geniş” mənasında işlənən “uzun” sözü ilə, “iki dağ və ya təpə arasında düzənlikdə uzun, dərin çuxur” mənasında işlənən “dərə” sözünün birləşməsindən yaranmışdır.