Uz

Uz – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 109 km şimal-qərbdə, dəniz səviyyəsindən 1610 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. 1850-ci il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə, 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Ermənilər kəndə 1828–1829-cu illərdə İranın Xoy və Səlmas əyalərindən köçürülüb yerləşdirilmişlər. Kənddə ermənilərdən başqa, 1886-cı ildə 8 nəfər azərbaycanlı yaşamışdır. Sonradan kəndin azərbaycanlı əhalisi erməni silahlı birləşmələri tərəfindən qovulmuşdur.

Toponim uz qədim türk tayfasının adı əsasında əmələ gəlmişdir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Uyts” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°31′ şm. e., 46°03′ ş. u.