Üstüpü

Xustup (Üstüpü) – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində dağ. Hündürlüyü 3206 m-dir.

Toponim qədim türk tayfası olan “oğuz” etnoniminin fonetik forması “xus” (quz, ğuz) tayfa adına türk dilində “dağın dibi, dağətəyi”, “çayın aşağı axarı” mənasında işlənən “tup” (tub, tüp) sözünün birləşməsindən əmələ gəlmişdir.