Urud

Urud – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Cəlaloğlu (Stepanavan) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 45 km şimal-şərqdə, dəniz səviyyəsindən 1450 m hündürlükdə, Urud çayının yanında yerləşir. Qafqazın beşverstlik xəritəsində qeyd olunmuşdur. Erməni müəlliflərinin əsərlərində kəndin başqa adının “Söyüdlü” olduğu göstərilir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Kənddə ermənilərlə yanaşı, 1897-ci ildə 17 nəfər, 1926-cı ildə isə cəmi 3 nəfər azərbaycanlı yaşamış ki, onlar da XX əsrin 30-cu illərində onlar deportasiya olunmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim türk dilində “çuxur, istehkam, qala təpəsi”, “təpə” mənasında işlənən “ur” sözünə “-ud” şəkilçisinin artırılması ilə düzəlmişdir. “Ur” sözü türk dilində “or” formasında da işlənir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°04′ şm. e., 44°23′ ş. u.