Ulu Öndər Heydər Əliyevin xaricdə yaşayan həmvətənimiz, tanınmış müğənni Yaqub Zurufçu ilə görüşdəki söhbətindən

28 iyul 1999

Ermənistanın digər hissəsi, yəni Gürcüstana tərəf hissəsi də var. Orada da azərbaycanlılar yaşayırdılar. Yaxud, Zəngəzuru götürək. Məsələn, Sisian, Gorus, Qafan rayonları – indi bunların adları Ermənistanda belə adlandırılır, amma onların hamısı Zəngəzura daxil olan torpaqlardır. Orada da yaşayanların əksəriyyəti azərbaycanlılar idi. Amma niyəsə nə orada, nə də bu biri yerdə azərbaycanlılara o vaxt muxtariyyət verilmədi.