15 avqust 2000
Təəssüflər olsun ki, 1920-ci ildə sovet hökuməti Ermənistan-Azərbaycan sərhədini elə bölübdür ki, Azərbaycan torpağı olan Naxçıvan ilə Azərbaycanın bu biri hissəsini birləşdirən Zəngəzur mahalını Ermənistana veribdir. Ora da Azərbaycan torpağıdır, orada da azərbaycanlılar yaşayıblar, amma Ermənistana verilibdir. Ona görə də Naxçıvan Azərbaycanın böyük torpağından aralı düşübdür.