15 iyun 2002
Ancaq məlumdur ki, XX əsrdə, sovet hakimiyyəti qurulan zaman bu bölgənin sərhədləri müəyyən edilərkən, Azərbaycanın torpaqlarının bir qismi Ermənistana qatılıbdır. O cümlədən Zəngəzur və indi Naxçıvanı Azərbaycanın böyük hissəsindən ayıran Mehri rayonu. Bu, tarixi ədalətsizlikdir. Biz bunu bu gün ürək ağrısı ilə xatırlayırıq.