28 fevral 2001
Ancaq vaxtilə Azərbaycana qəsd edilibdir və Azərbaycan torpağı olan Mehri rayonu, Zəngəzur Ermənistana verilibdir. Bu da Naxçıvanı ərazi nöqteyi-nəzərdən Azərbaycandan ayırıbdır. Sovet vaxtında bunu o qədər hiss etmirdik. Çünki hamısı bir idi. İndi, xüsusən Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra bu, vəziyyəti get-gedə gərginləşdirdi.