Ulu Öndər Heydər Əliyevin Naxçıvan MR-in təşkil olunmasının 75 illiyinə həsr edilmiş təntənəli yubiley iclasındakı nitqindən

12 oktyabr 1999

Azərbaycanın bir hissəsi kimi Naxçıvan sonralar ərazi nöqteyi-nəzərindən Azərbaycanın böyük hissəsindən ayrı düşmüşdür. 20-ci illərdə sərhədlər bölünərkən, Zəngəzur diyarı Ermənistana veriləndən sonra Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdü.