Ulu Öndər Heydər Əliyevin İğdır nümayəndələrini dinlədikdən və məktubla tanış olduqdan sonra çıxışından

21 iyun 1996

Bilirsiniz ki, keçmiş zamanlarda Azərbaycan təkcə indiki hüdudlarda deyildi, indi Ermənistanın əlində olan Göyçə mahalı da, yaxud sizin İğdırın qarşısındakı Vedibasar, Zəngibasar, İrəvan xanlığı da Azərbaycanın olubdur. Sizin ulu babalarınızın əksəriyyəti oralardandır. İğdırda yaşayanlardan soruşsan ki, kökün haradandır, hər on nəfərdən dördü-beşi deyəcək ki, ya Zəngibasardan, ya Vedibasardan, ya İrəvandan, yaxud Borçalıdan, ya da Gəncədəndir, Naxçıvandandır.