Ulu Öndər Heydər Əliyevin görkəmli alim və cərrah Mustafa bəy Topçubaşovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli gecədəki çıxışından

14 oktyabr 1995

Mustafa bəy Topçubaşov XX əsrdə Azərbaycanın ən görkəmli şəxsiyyətlərindən biridir. O, İrəvan şəhərində, qədim Azərbaycan torpağında dünyaya göz açıb, Kiyev Universitetini bitirib, sonra isə Bakıya gəlib və burada fəaliyyətə başlamışdır.