Ulu Öndər Heydər Əliyevin Cons Hopkins Vaşinqton Universitetində görüşdəki nitqindən

15 fevral 2000

Bəli, Zəngəzurda azərbaycanlılar çox yaşayıbdır. Vaxtilə Zəngəzurun əhalisinin əksəriyyəti azərbaycanlılar olubdur. Ancaq Sovetlər İttifaqı yaranan zaman respublikaların xəritələri çəkilib, Zəngəzur Ermənistanın tərkibində qalıbdır. Azərbaycanlılar oradan tədricən köçüblər. Amma sizin nəzərdə tutduğunuz Mehri rayonunda 1988-ci, 1989-cu illərdə, 1990-cı ilə qədər daha çox azərbaycanlı yaşayıb, nəinki erməni.