Ulu Öndər Heydər Əliyevin 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciətindən

29 mart 2000

Ermənilərin azərbaycanlılara qarşı yönəldilmiş deportasiya və soyqırımı siyasəti sovet hakimiyyəti illərində beynəlmiləlçilik pərdəsi altında məharətlə maskalanaraq həyata keçirilmişdir. Sovet Rusiyasının köməyi ilə Zəngəzur və bir sıra digər Azərbaycan torpaqları Ermənistan ərazisi elan edildi. Ermənilər türk-müsəlman respublikalarına qarşı ayrı-seçkilik siyasəti yürüdən SSRİ rəhbərliyinin qərarı ilə dövlət səviyyəsində 1948–1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına nail oldular.