Ulu Öndər Heydər Əliyevin Türkiyənin dövlət naziri Abdulhaluk Mehmet Çayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdəki söhbətindən

23 avqust 2000

Təbiidir ki, Azərbaycan torpaqlarının hamısı Azərbaycana məxsusdur. Hətta indiki Ermənistan ərazisində olan torpaqların da böyük bir qismi Azərbaycana məxsusdur. Zəngəzur tamamilə Azərbaycan torpağıdır. Vaxtilə orada yaşayanların tam əksəriyyəti, çoxu azərbaycanlılar olublar. Amma sovet hakimiyyəti qurulandan sonra, 1920-ci ildə Sovet İttifaqına daxil olan cümhuriyyətlərin sərhədləri qurulanda belə bölüblər, Azərbaycan torpaqlarının bir qismini Ermənistana veriblər.