Ulu Öndər Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin qazilərini Prezident Sarayında qəbul edərkən giriş nitqindən

15 avqust 2000

Təəssüflər olsun ki, 1920-ci ildə sovet hökuməti Ermənistan-Azərbaycan sərhədini elə bölübdür ki, Azərbaycan torpağı olan Naxçıvan ilə Azərbaycanın bu biri hissəsini birləşdirən Zəngəzur mahalını Ermənistana veribdir. Ora da Azərbaycan torpağıdır, orada da azərbaycanlılar yaşayıblar, amma Ermənistana verilibdir. Ona görə də Naxçıvan Azərbaycanın böyük torpağından aralı düşübdür.