Ulu Öndər Heydər Əliyevin Naxçıvan Olimpiya İdman Kompleksinin təntənəli açılış mərasimindəki nitqindən

15 iyun 2002

Ancaq məlumdur ki, XX əsrdə, sovet hakimiyyəti qurulan zaman bu bölgənin sərhədləri müəyyən edilərkən, Azərbaycanın torpaqlarının bir qismi Ermənistana qatılıbdır. O cümlədən Zəngəzur və indi Naxçıvanı Azərbaycanın böyük hissəsindən ayıran Mehri rayonu. Bu, tarixi ədalətsizlikdir. Biz bunu bu gün ürək ağrısı ilə xatırlayırıq.