Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndinin bir qrup sakini ilə görüşdəki söhbətindən

28 fevral 2001

Ancaq vaxtilə Azərbaycana qəsd edilibdir və Azərbaycan torpağı olan Mehri rayonu, Zəngəzur Ermənistana verilibdir. Bu da Naxçıvanı ərazi nöqteyi-nəzərdən Azərbaycandan ayırıbdır. Sovet vaxtında bunu o qədər hiss etmirdik. Çünki hamısı bir idi. İndi, xüsusən Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra bu, vəziyyəti get-gedə gərginləşdirdi.