Üçtəpələr

Üçtəpələr – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonu, hazırkı Kotayk vilayəti ərazisində yaşayış məntəqəsi olmuşdur. Üçtəpələr dağının ətəyində, Novo-Bəyazid yolunun ağzında yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənd Üçtəpələr dağının ətəyində yerləşdiyi üçün Üçtəpələr adı almışdır. Bu toponim say bildirən “üç” və relyef bildirən “təpə” sözlərinin birləşməsindən əmələ gəlmişdir.