Turabxanlı

Turabxanlı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd.

Kənddə 1897-ci ildə 105 nəfər, 1904-cü ildə 123 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 27 nəfər, 1926-cı ildə 19 nəfər, 1931-ci ildə isə 27 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərin ortalarında və sonunda azərbaycanlılar köçürülərək kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim turabxanlı nəsil adı əsasında əmələ gəlmişdir.