Tuqanlar – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərinin yaxınlığında yerləşirdi.
1897-ci ildə 16 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır.
Toponim eyniadlı nəsil (tuqanlar) adından əmələ gələn patronomik toponimdir.