Toparlı

Toparlı – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 16 km şimalda, dəniz səviyyəsindən 1650 m hündürlükdə yerləşir. 31 dekabr 1937-ci ilə qədər Gümrü (Leninakan) rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur. Erməni müəlliflərinin əsərlərində “Taparlı” kimi də qeyd edilir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Ədirnə (1829) müqaviləsinə əsasən ermənilərin Türkiyədən köçürülüb məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Toponim “yığcam”, “toplu” mənasında işlənən “toparlı” sözü əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Hatsik” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°50′ şm. e., 43°52′ ş. u.