Tezxarab

Tezxarab – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd.

Kənddə 1831-ci ildə 22 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1877–1878-ci illər rus-türk müharibəsindən sonra Türkiyədən köçürülüb gətirilən ermənilər kənddə məskunlaşdılmışlar. Bundan sonra azərbaycanlılar kəndi tədricən tərk etmişlər. Hazırda xarabalıqdır.

Toponim Azərbaycan dilində işlənən “tez” və “xarab” sözlərindən əmələ gəlmişdir.