Tayaqaya

Tayaqaya – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş qışlaq. Ardanış kəndinin yaxınlığında yerləşmişdir.

1926-cı ildə burada 9 nəfər azərbaycanlı yaşamışdır. Yaşayış məntəqəsi kimi XX əsrin 30-cu illərində ləğv edilmişdir.

Toponim “üst-üstə yığılmış daş yığım” mənasında işlənən “taya” sözü ilə “dağ, daş, kiçik dağ” mənasında işlənən “qaya” sözünün birləşməsindən əmələ gəlmişdir.