Taxçakom

Taxçakom – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş qışlaq. Toxluca (Draxtik) kəndinin yaxınlığında, Göyçə gölünün sahilində yerləşirdi.

1926-cı ildə burada 12 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə ləğv edilmişdir. Sonralar burada Toxluca kəndinin qoyun ferması yerləşirdi.

Toponim “təpəlikdə yerləşən düzənlik” mənasında işlənən “taxta” (Göyçə dialektində həmin söz “taxça” formasında işlənir) sözü ilə “qoyun saxlanılan yer” mənasında işlənən “kom” sözünün birləşməsindən əmələ gəlmişdir.